...

Azərbaycan Dövlət Neft Fondunun aktivləri üç rüb ərzində təqribən 20 faiz artıb

Energetika Materials 20 Oktyabr 2009 17:28 (UTC +04:00)
2009-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Azərbaycan Dövlət Neft Fondunun (ADNF) gəliri 5465,2 milyon manat, xərci isə 3954,1 milyon manat olub. Bu barədə çərşənbə axşamı doqquz ayın nəticələrinə həsr olunmuş mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov deyib.
Azərbaycan Dövlət Neft Fondunun aktivləri üç rüb ərzində təqribən 20 faiz artıb

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir N.İsmayılova/

2009-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Azərbaycan Dövlət Neft Fondunun (ADNF) gəliri 5465,2 milyon manat, xərci isə 3954,1 milyon manat olub. Bu barədə çərşənbə axşamı doqquz ayın nəticələrinə həsr olunmuş mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

Fonda daxil olan vəsaitin böyük hissəsi (93,4) mənfəətli neft və qaz satışından gəlib. Neft müqavilələrinin həyata keçirilməsindən gələn gəlir 5191,6 milyon manat səviyyəsində olub. O cümlədən neft və qaz satışından 5107,2 milyon manat, "Bakı-Tbilisi-Ceyhan" layihəsi üzrə dividentlərdən 75,5 milyon manat, akrlarla ödəmələr üzrə 1,1 milyon manat, xarici sərmayədarların öz aktivlərindən qaytarmalarından 0,8 milyon manat gəlir əldə olunub.

Fondun xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərə 69,6 mln. manat ayrılıb. Fondun qeyri budcə gəlirləri 218,4 mln. manat təşkil edib.

ADNF-in vəsaitindən Samur-Abşeron suvarma sisteminin bərpası üzrə layihənin maliyyələşdirilməsinə 92,4 milyon manat, Oğuz-Qəbələ zonasından Bakıya qədər su kəmərinin çəkilməsinə 94,1 milyon manat, Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin maliyyələşdirilməsi üçün 4,1 miylon manat, azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil alması ilə bağlı dövlət proqramına 3,2 milyon manat ayrılıb. Dövlət büdcəsinə köçürmələr 3685 milyon manat təşkil edib.

Yanvar-sentyabr ayları ərzində fondun idarə edilməsi üzrə xərclər 5,7 milyon manat təşkil edib.

Mövsümovun sözlərinə görə, 2009-cu il oktyabrın 1-nə olan vəziyyətə görə fondun aktivləri ilin əvvəli ilə müqayisədə 19,24 faiz artaraq 10716,2 milyon manat (13337,5 milyon dollar) təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti