...

Qazaxıstan "Nabukko" layihəsinin iştirakçısı olacaq – Türkiyə Prezidenti

Energetika Materials 24 Oktyabr 2009 11:14 (UTC +04:00)
Qazaxıstan "Nabukko" layihəsinin iştirakçısı olacaq. Bu barədə cümə günü Türkiyə Prezidenti Abdullah Gül İstanbulda Türkiyə-Qazaxıstan biznes-investisiya forumunda bildirib. Məlumatı Anadolu agentliyi yayıb.
Qazaxıstan "Nabukko" layihəsinin iştirakçısı olacaq – Türkiyə Prezidenti

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir A.Axundov/

Qazaxıstan "Nabukko" layihəsinin iştirakçısı olacaq. Bu barədə cümə günü Türkiyə Prezidenti Abdullah Gül İstanbulda Türkiyə-Qazaxıstan biznes-investisiya forumunda bildirib. Məlumatı Anadolu agentliyi yayıb.

"Qazaxıstan "Nabukko" layihəsində maraqlı olduğunu bildirib. Qazaxıstan layihənin bir hissəsi olacaq. Qazaxıstanın təbii qazı Avropaya nəql olunacaq", - o bildirib.

Türkiyə Prezidentinin sözlərinə görə, Türkiyə və Qazaxıstanın bir yerdə işləməli olduqlarına dair əsaslı səbəblər var.

"Biz bir millətin iki ayrı hissəsiyik. Bizim əcdadlarımızın evi Qazaxıstandır. Biz həmişə əcdadlarımızın torpaqlarını xatırlayırıq", - Gül bildirib.

Türkiyə Prezidenti iki ölkənin biznesmenlərini sıx əməkdaşlıq etməyə çağırıb.
Tədbirdə iştirak edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də bildirib ki, Türkiyə ilə münasibətlər onun ölkəsi üçün çox sərfəlidir.

O, Türkiyə şirkətlərini Qazaxıstana böyük sərmayə yatırmağa çağırıb.

"Biz türkiyəli sahibkarlar üçün bütün lazımı imkanlar yaratmağa hazırıq", - Nazarbayev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]  

Xəbər lenti

Xəbər lenti