...

Amerika şirkəti Azərbaycanın iri neft layihəsindəki pay hissələrini satır

Energetika Materials 23 Noyabr 2009 15:13 (UTC +04:00)
Amerikanın Devon Energy şirkəti Amerikadakı hasilat layihəsində cəmləşmək niyyətilə Azərbaycanda "Azəri-Çıraq-Günəşli" dəniz yatağı blokunun işlənməsi üzrə layihədəki pay hissələrini satır.
Amerika şirkəti Azərbaycanın iri neft layihəsindəki pay hissələrini satır

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir A.Bədəlova/

Amerikanın Devon Energy şirkəti Amerikadakı hasilat layihəsində cəmləşmək niyyətilə Azərbaycanda "Azəri-Çıraq-Günəşli" dəniz yatağı blokunun işlənməsi üzrə layihədəki pay hissələrini satır.

"Biz öz hissələrimizi, o cümlədən Meksika körfəzindəki və "Azəri-Çıraq-Günəşli" layihəsindəki pay hissələrimizi satırıq", - bazar ertəsi Devon Energy şirkətinin KİV ilə əlaqə üzrə şöbəsinin rəhbəri Çip Minti (Chip Minty) elektron poçt vasitəsilə Trend -a bildirib.

Onun sözlərinə görə, Devon Energy öz fəaliyyətini Cənubi Amerikadakı onşor layihəsində cəmləmək barədə qərar verib, "Qazma üçün böyük imkanlara malik olduğu yerdə".

Bəzi məlumatlara görə, Devon Energy öz hissələrini artıq 2010-cu ilin birinci rübündə satışa qoyacaq.

"Azəri-Çıraq-Günəşli" layihəsində Devon Energy-nin 5,6262 faiz payı var. Yatağın ümumi neft ehtiyatı 900 milyon tonu keçir.

AÇG layihəsi üzrə səhmdarlar: BP (operator - 34,1367%), ChevronTexaco (10,2814%), ARDNŞ (10%), INPEX (10%), Statoil (8,5633%), ExxonMobil (8,006 %), TRAO (6,75 %), Devon Energy (5,6262 %), ITOCHU (3,9205 %), Delta Hess (2,7213%).

Üç rüb ərzində "Azəri-Çıraq-Günəşli" yatağından 224 milyon bareldən çox neft hasil olunub, BP-nin (layihənin operatoru) ötən həftə yayılan rəsmi hesabatında deyilir. Üç rüb ərzində bu yataqdan orta sutkalıq hasilat 822 min bareli keçib.

Yataqdan hasil edilən Azeri Light markalı neft Bakı-Supsa neft kəməri vasitəsilə Qara dənizin Gürcüstan sərhhədinə nəql edilir. ExxonMobil və Devon Energy şirkətlərindən əlavə tərəfdaşların neftinin əsas həcmi Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Aralıq dənizinin Türkiyə sahilinə nəql edilir. ExxonMobil və Devon Energy şirkətləri Bakı-Tbilisi-Ceyhan layihəsinin iştirakçıları deyil və öz neftlərini dəmir yolu vasitəsilə Gürcüstanın Qara dənizdəki limanları istiqamətində nəql edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti