...

Gürcüstanda "SOCAR Georgia Petroleum"-a məxsus duru yanacağın keyfiyyəti yoxlanılır

Energetika Materials 27 Noyabr 2009 11:12 (UTC +04:00)
Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları İttifaqının və "Monitorinq" sertifikatlaşdırma orqanının təşəbbüsü ilə ilk dəfə "SOCAR Georgia Petroleum" şirkətinə məxsus yanacaqdoldurma stansiyalarında monitorinq həyata keçirilib.
Gürcüstanda "SOCAR Georgia Petroleum"-a məxsus duru yanacağın keyfiyyəti yoxlanılır

Gürcüstan, Tbilisi, 27 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları İttifaqının və "Monitorinq" sertifikatlaşdırma orqanının təşəbbüsü ilə ilk dəfə "SOCAR Georgia Petroleum" şirkətinə məxsus yanacaqdoldurma stansiyalarında (YDS) monitorinq həyata keçirilib.

"SOCAR"-ın YDS-lərində benzin və yanacaqların nümunəsi götürülüb və istehlak üçün çox mühüm olan maşınların duru yanacaqla doldurulma həcminin yoxlanılması aparılıb. YDS-lərdə infrastrukturlara diqqətli baxış keçirilib.

Monitorinqdə Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları İttifaqı, "Monitorinq" sertifikatlaşdırma orqanı, "SOCAR Georgia Petroleum" şirkətinin nümayəndələri, "REC Caucasus" Qafqaz regional ekoloji mərkəzi və "Gürcüstan keyfiyyəti" fondu iştirak ediblər.

YDS-lərdən nümunələr ekspert doktor Aleksandr Periaşvili tərəfindən götürülüb. Sonra nümunələr möhürlənərək neft məhsulları laboratoriyasına göndərilib. Həmçinin avtomobillərə doldurulan duru yanacaqların həcmi qiymətləndirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti