...

ARDNŞ fevral ayında Gürcüstanda 20 min tondan çox neft məhsulları satıb

Energetika Materials 4 Mart 2010 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir E.İsmayılov/

Fevralda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan bazarında 20,1 min ton Azərbaycan neft məhsulları satıb. Yanvarda isə bu həcm 25 min tona yaxın olub. Bunu cümə axşamı ARDNŞ-nin Gürcüstanda törəmə müəssisəsi olan SOCAR Energy Georgia-dakı mənbə deyib.

Mənbə bildirib ki, fevralda Gürcüstanda satılan neft məhsullarının ümumi həcmindən 8,3 min ton benzinin, 11,12 min ton dizel yanacağının payına düşüb. Həmçinin fevralda Gürcüstanda Azərbaycan istehsalı olan 670 ton aviasiya kerosini satılıb.

Mənbənin əvvəl verdiyi məlumata görə, 2010-cu ildə ARDNŞ Gürcüstan bazarında 415 min ton neft məhsulları satmağı planlaşdırılır. 2009-cu ildə bu rəqəm 406 min tondan olub.

Azərbaycanda neft məhsulları Bakıda iki NEZ-də istehsal olunur. Zavodların ümumi gücü ildə 20 milyon ton neft təşkil edir. Hər iki NEZ ARDNŞ-nin tərkibinə daxildir və şirkət hər il öz vəsaitləri hesabına quru və dəniz yataqlarında hasil olunan altı-yeddi milyon tona yaxın nefti emal edir.

Ötən il Bakı NEZ-ləri tərəfindən 6,03 milyon ton neft emal edilib. 2008-ci ildə bu həcm 7,35 milyon ton təşkil edib. Bir müddət əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayevin verdiyi məlumata görə, 2010-cu ildə şirkət 6,6 milyon tona yaxın neft emal etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti