...

Gürcüstan DİN SOCAR Energy Georgia-nın saxta yanacaq talonlarını düzəldən iki ermənini saxlayıb

Energetika Materials 1 May 2010 10:41 (UTC +04:00)
Gürcüstan Daxili İşlər Nazirliyi SOCAR Energy Georgia şirkətinin saxta yanacaq talonlarını düzəldən erməni əsilli iki nəfəri saxlaylb.
Gürcüstan DİN SOCAR Energy Georgia-nın saxta yanacaq talonlarını düzəldən iki ermənini saxlayıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir R.Dərəxşan/

Gürcüstan Daxili İşlər Nazirliyi SOCAR Energy Georgia şirkətinin saxta yanacaq talonlarını düzəldən erməni əsilli iki nəfəri saxlaylb. Bu barədə Trend-ə cümə günü şirkətdəki mənbə məlumat verib.

Aprelin 12-də SOCAR Energy Georgia müəyyən edib ki, Gürcüstan sakini Vitali Qulisaryan şirkətin saxta yanacaq talonlarından istifadə edərək, qanunsuz olaraq 100 litrə yaxın benzin töküb. Şirkət bu barədə Gürcüstan DİN-ə məlumat verib və aprelin 29-da yanacaq götürülməsinə ikinci cəhd zamanı Vitali Qulisaryan və onun qardaşı Aleks saxlanılıb.

Vitali Qulisaryanın evində aparılan axtarış zamanı saxta yanacaq talonunun və Gürcüstan valyutası - larinin hazırlanmasında istifadə olunan texnika aşkar edilib.

Gürcüstan DİN təqdim etdiyi məlumata görə, SOCAR Energy Georgia şirkətinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti