...

ARDNŞ neft məhsullarının istehsalını artırıb

Energetika Materials 8 İyun 2010 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Yanvar-may ayları ərzində Azərbaycanda 2,07 milyon ton neft məhsulları istehsal edilib. Ötən ilin analoji dövründə bu göstərici 1,85 milyon ton təşkil edib. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir. Azərbaycanın hər iki neft emalı zavodu ARDNŞ-nin tərkibindədir.

Yanvar-may aylarında istehsalın ən böyük həcmi dizel yanacağının (984,48 min ton) payına düşüb. Ötən ilin analoji dövründə bu göstərici 873,31 min ton olub.

Yanvar-may aylarında gücü ildə 20 milyon ton olan Bakı neft emalı zavodlarında ötən ilin analoji dövründə emal olunmuş 2,5 milyon tona yaxın neftlə müqayisədə 2,6 milyon ton neft emal olunub. ARDNŞ quru və dəniz yataqlarından çıxardığı nefti öz vəsaiti hesabına NEZ-ə çatdırır.

Azərbaycanda yanvar-may ayları ərzində neft məhsullarının istehsalı (min tonla):

Neft məhsulları

Yanvar-may, 2010-cu il

Yanvar-may, 2009-cu il

Benzin (cəmi)

576,62

567,15

- avtobenzin

493,91

477,43

- Nafta (birbaşa qovulmuş benzin)

82,71

89,72

Kerosin KO-20

-0,31

6,34

Dizel yanacağı

984,48

873,31

Soba yanacağı

-1,39

0,18

Soba mazutu

79,31

167,77

Neft bitumu

71,48

86,34

Neft koksu

209,14

23,83

Sürtkü yağları

27,26

9,22

Xəbər lenti

Xəbər lenti