...

"Nabucco" konsorsiumu layihənin idarəetmə strukturunu dəqiqləşdirib

Energetika Materials 20 Avqust 2010 15:57 (UTC +04:00)
"NABUCCO Gas Pipeline International GmbH" "Nabucco" qaz boru kəmərinin həyata keçirilməsi və işi üçün məsul şirkətdir. OMV layihənin operatoru deyil, layihənin həyata keçirilməsində mühüm rol oynayan "Nabucco"nun altı səhmdarından biridir. Bu barədə konsorsiumun cümə günü yaydığı məlumatda deyilir.
"Nabucco" konsorsiumu layihənin idarəetmə strukturunu dəqiqləşdirib

Azərbaycan, Bakı, 20 avqust /Trend/

"NABUCCO Gas Pipeline International GmbH" "Nabucco" qaz boru kəmərinin həyata keçirilməsi və işi üçün məsul şirkətdir. OMV layihənin operatoru deyil, layihənin həyata keçirilməsində mühüm rol oynayan "Nabucco"nun altı səhmdarından biridir. Bu barədə konsorsiumun cümə günü yaydığı məlumatda deyilir.

"OMV də hər bir səhmdar kimi, "Nabucco" vasitəsilə nəql ediləcək qazı alır və satır. "NABUCCO Gas Pipeline International GmbH" bir infrastruktur layihəsidir və nəqletmə xidmətləri təklif edəcək, lakin qaz alıb-satmayacaqdır", - məlumatda qeyd olunur.

"Nabucco Gas Pipeline International GmbH" "Nabucco" qaz kəmərinin reallaşdırılmasına və işinə görə cavabdeh şirkətdir.

Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında "Nabucco Gas Pipeline International"ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək..

Xəbər lenti

Xəbər lenti