...

"Qazprom" Mozdok-Qazıməmməd qaz kəmərində bəzi işlər üzrə tenderin baş tutmadığını elan edib

Energetika Materials 8 Noyabr 2010 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.İsmayılov/

Rusiyanın qaz inhisarçısı "Qazprom" bir müddət əvvəl Mozdok-Qazıməmməd magistral qaz kəmərində gərginlik və deformasiyaların məkanca paylanmasına nəzarətin (600-605 kilometr, 606-610 kilometrlərdəki sahələrdə) təmin edilməsi məqsədi ilə sürüşmə proseslərinin monitorinqinin keçirilməsi üzrə elan edilən tenderin baş tutmadığını bildirib.

Şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyildiyi kimi, açıq müsabiqə baş tutmamış elan edilib. Çünki iştirak üçün yalnız bir ərizə verilib.

Bu ilin əvvəlindən ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ilin əvvəlindən Mozdok-Qazıməmməd magistral qaz kəməri ilə Rusiyaya qaz ixrac edir. İlin sonunadək bu istiqamətadə Azərbaycan qazının ümumi ixrac həcmi bir milyard kubmetr təşkil edəcək.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. Sentyabrın əvvəlində Bakıda imzalanmış müqaviləyə əlavəyə uyğun olaraq, 2011-ci ildə "Qazprom" iki milyard kubmetr, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz alacaq.

Xəbər lenti

Xəbər lenti