...

ARDNŞ Azərbaycanda altıncı yanacaqdoldurma məntəqəsini istismara verib

Energetika Materials 27 Dekabr 2010 11:20 (UTC +04:00)
Bazar ertəsi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanda sayca altıncı yanacaqdoldurma stansiyasını istismara verib. Yeni yanacaqdoldurma məntəqəsi (YDM) Bakının Zığ şossesində yerləşir. YDM-in açılış mərasimində şirkətin rəhbəri Rövnəq Abdullayev iştirak edib.
ARDNŞ Azərbaycanda altıncı yanacaqdoldurma məntəqəsini istismara verib

Azərbaycan, Bakı, 27 dekabr / Trend, müxbir E.İsmayılov /

Bazar ertəsi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanda sayca altıncı yanacaqdoldurma stansiyasını istismara verib. Yeni yanacaqdoldurma məntəqəsi (YDM) Bakının Zığ şossesində yerləşir. YDM-in açılış mərasimində şirkətin rəhbəri Rövnəq Abdullayev iştirak edib.

Ümumilikdə, ARDNŞ Azərbaycanda 26-30 YDM açmağı planlaşdırır.

Yanvar-noyabrda Azərbaycanın daxili bazarında yanacaq-sürtgü materiallarına tələbat 2009-cu ilin analoji dövrünə nisbətən təxminən dörd faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 11 ay ərzində ölkənin daxili bazarına 3,6 milyon ton neft məhsulları göndərilib.

Neft məhsullarının ümumi həcmindən 961,7 min ton daxili bazarda daha çox satılan avtomobil benzininin payına düşüb. Bu dövr ərzində benzin ötən ilin analoji dövrü ilə müqayisədə 6,3 faiz çox satılıb. Azərbaycanın daxili bazarında А-92 markalı (təchizat xərcləri və ƏDV nəzərə alınmaqla) 1 ton avtomobil benzininin topdansatış qiyməti 670 AZN, А-95-in isə 736 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti