...

Belarus üçün Odessa-Brodı ilə Azərbaycan neftinin tədarükü bu gün başlayacaq

Energetika Materials 29 Yanvar 2011 10:48 (UTC +04:00)
Mozırsk Neft Emalı Zavodu üçün Odessa-Brodı üzrə neftin daimi tədarükü yanvarın 29-dan etibarən başlayacaq, Qomeldə Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko deyib. Trend-in məlumatına görə, bu barədə BELTA informasiya agentliyi məlumat verib.
Belarus üçün Odessa-Brodı ilə Azərbaycan neftinin tədarükü bu gün başlayacaq

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Mozırsk Neft Emalı Zavodu üçün Odessa-Brodı kəməri ilə neftin daimi tədarükü yanvarın 29-dan etibarən başlayacaq, Qomeldə Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko deyib. Trend-in məlumatına görə, bu barədə BELTA informasiya agentliyi məlumat verib. 

Baş nazirin birinci müavininin sözlərinə görə, "svop" müqaviləsi üzrə Venesuela neftini əvəz edəcək Azərbaycan neftini gətirən tanker artıq dəniz limanına yan alıb. Əvvəlcədən məlumat verildiyi kimi, cari ildə bu sxemlə 4 milyona yaxın karbohidrogen xammalının tədarükü planlaşdırılır.

Belarus, Venesuela və Azərbaycan tərəfləri arasında svop tədarükü ilə bağlı razılaşma mövcuddur. Eləcə də ARDNŞ-ni Venesuelanın "Santa Barbara" neft növü maraqlandırır. Şirkət nefti Venesuela tərəfinin Belarusa satmaq istədiyi həcmdə ABŞ, əsasən də Şimali Amerika bazarlarında satmaq fikrindədir. Daha doğrusu, ARDNŞ Belarusa neft sata və həmin həcmi Venesueladan ala bilər.

Xəbər lenti

Xəbər lenti