...

ARDNŞ yeni qaz-kondensat quyusunu istismara verib

Energetika Materials 21 Fevral 2011 16:59 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Günəşli" yatağının dayaz sulu hissəsində yeni quyunu istismara verib.
ARDNŞ yeni qaz-kondensat quyusunu istismara verib

Аzərbaycan, Bakı, 21 fevral /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Günəşli" yatağının dayaz sulu hissəsində yeni quyunu istismara verib. Bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda deyilir. Quyu "SOCAR-AQŞ" MMC tərəfindən qazılıb.

Məlumatda deyildiyi kimi, yataqdakı 13-cü özüldən 79 nömrəli quyu qazmadan sonra istismara verilib. Müştərək müəssisə tərəfindən qazılmış quyu 3368-3350 metr intervaldan sutkada 152 min kubmetr qaz, 20 ton kondensat hasilatı ilə işləyir.

"SOCAR-AQŞ" 2007-ci il dekabrın 19-da yaradılıb. İştirak payı aşağıdakı kimi bölüşdürülüb: ARDNŞ - 51 faiz, "Abşeron Qazma" MMC - 49 faiz.

Şirkət "Günəşli" yatağının iki stasionar platformasında özünün əsas sifarişçisi olan ARDNŞ şirkətinin "Azneft" İB üçün üç qazma qurğusu vasitəsilə qaz və neft quyuları qazır. Qazma işləri "Günəşli-11" platformasındakı bir qazma buruğundan və "Günəşli-13" platformasındakı iki qazma buruğundan aparılır.

Xəbər lenti

Xəbər lenti