...

Azərbaycan Yunanıstana qaz tədarükünü genişləndirmək niyyətindədir - nazir

Energetika Materials 26 Fevral 2011 11:00 (UTC +04:00)
Azərbaycan Yunanıstana təbii qaz tədarükünü genişləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Afinada bəyan edib.
Azərbaycan Yunanıstana qaz tədarükünü genişləndirmək niyyətindədir - nazir

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycan Yunanıstana təbii qaz tədarükünü genişləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Afinada bəyan edib.

"Azərbaycandan təbii qaz artıq yunan bazarında 700 milyon kubmetr həcmində (ildə) mövcuddur və şirkətlər səviyyəsində biz bu həcmlərin artırılması haqqında müzakirələr aparırıq", - Məmmədyarov Yunanıstanın xarici işlər naziri Dimitris Droutsasla danışıqlar zamanı bildiirb. Məlumatı RİA Novosti yayıb.

Azərbaycanlı nazir Afinada işgüzar səfərdədir.

Məmmədyarovun sözlərinə görə, Yunanıstan Aİ-də Xəzər hövzəsindəki qazdan istifadə edən ilk ölkədir və Bakı hesab edir ki, Yunanıstan vasitəsilə Aİ-yə sonrakı tədarük üçün "böyük gələcək" mövcuddur.

Öz növbəsində, Droutsas Yunanıstanın ITGI (Türkiyə-Yunanıstan-İtaliya) qaz kəmərinin tikintisində maraq olduğunu bildirib. Afina bu z kəməri üzrə Azərbaycandan artırılmış həcmdə qaz almaq istəyir. Lakin buna Bakı ilə Ankara arasındakı xammalın Türkiyədən tranziti ilə bağlı fikir ayrılığı hələlik mane olur.

"Azərbaycanlı dostlarımız bilirlər ki, bizim Azərbaycanla İtaliyanı Türkiyə vasitəsilə birləşdirən qaz kəmərinə dair öhdəliklərimiz dəyişməz qalır. ITGI mükəmməl layihədir", - Drutsas bildirib.

Bir müddət əvvəl fevralda Avropa Komissiyası Xəzər dənizindəki yataqlardan Avropa ölkələrinə mavi yanacağın nəqlini nəzərdə tutan "Cənub dəhlizi"nə daxil olan "Nabukko" və ITGI qaz kəmərlərinin həyata keçirilməsi zamanı tərəfdaşların əməkdaşlığını istisna etməyib. Bu barədə RİA Novosti-yə AK-dakı mənbə məlumat verib.

"Nabukko" qaz kəmərinin Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya marşrutu ilə çəkiləcəyi ehtimal olunur. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

IТGI qaz kəməri Türkiyə-Yunanıstan-İtaliya marşrutu üzrə Xəzər qazının nəqlini nəzərdə tutur. Qaz kəmərinin səhmdarları Yunanıstanın "Depa" və İtaliyanın "Edisson" şirkətləridir.

Xəbər lenti

Xəbər lenti