...

ARDNŞ və "McDermott Caspian Contractors Inc." Alyans yaratmaq haqqında müqavilə imzalayıb

Energetika Materials 2 Mart 2011 14:23 (UTC +04:00)
Çərşənbə günü ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "McDermott İnternational İnc." şirkətinin törəmə şirkəti olan "McDermott Caspian Contractors Inc." ilə Xəzər regionunda boru kəmərlərinin çəkilişi və dalğıc işləri üzrə irimiqyaslı işlərin aparılması üçün strateji alyansın yaradılmasına dair müqavilə imzalayıb.
ARDNŞ və "McDermott Caspian Contractors Inc." Alyans yaratmaq haqqında müqavilə imzalayıb

Azərbaycan, Bakı, 2 mart /Trend/

Çərşənbə günü ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "McDermott İnternational İnc." şirkətinin törəmə şirkəti olan "McDermott Caspian Contractors Inc." ilə Xəzər regionunda boru kəmərlərinin çəkilişi və dalğıc işləri üzrə irimiqyaslı işlərin aparılması üçün strateji alyansın yaradılmasına dair müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-dən bildirilib.

Alyans Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi çərçivəsində nəzərdə tutulan konkret işlər həyata keçirəcək. Müqavilə ARDNŞ rəhbəri Rövnəq Abdullayev və "McDermott Caspian Contractors Inc."in prezidenti Con Makkormak arasında imzalanıb.

Abdullayevin müqavilənin imzalanmasından sonra bildirdiyi kimi, bu sənəd tərəflər arasında Xəzərdə iri layihələrin həyata küçirilməsində səmərəli əməkdaşlığın inkişafının yeni səviyyəsinin əsasını qoyur.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: bp (operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), INPEX (10%), "StatoilHydro" (8,6%), "ExxonMobil" (8%), TRAO (6,8%), "Devon" (5,6%), ITOCHU (3,9%), "Hess" (2,7%).

2010-cu ildə bp operatoru olduğu "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 40,6 milyon ton (300,4 milyon barel) neft hasil edib. 2009-cu ildə bu göstərici 40,3 milyon tondan ç ox olub.

Xəbər lenti

Xəbər lenti