...

ARDNŞ-nin Avropa bazarlarına çıxması üçün böyük qoyuluşlar lazımdır

Energetika Materials 9 Mart 2011 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin Avropa bazarlarına çıxması üçün şirkətin maraqlarına və maliyyə imkanlarına cavab verəcək strategiya lazımdır. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dəki mənbə deyib.

Mənbənin sözlərinə görə, şirkət xüsusilə də Avropa bazarında nailiyyətlə bağlı müxtəlif təkliflər alır. "Lakin hazırda Azərbaycanda və regiondakı iri layihələri nəzərə alaraq, şirkətin Mərkəzi Avropa regionuna "həyati əhəmiyyətli" marağı yoxdur", - o qeyd edib.

"Hazırda ARDNŞ-nin ölkə daxilində, eləcə də Türkiyə, Gürcüstan və Ukrayna kimi ölkələrdə çoxlu sayda layihələri var", - mənbə bildirib.

"Bu gün Azərbaycan regionda, xüsusilə də bu ölkələrdə çox şey edir. Və buna görə də bu gün Avropada qlobal nə isə barədə düşünmək üçün böyük qoyuluşlar lazımdır. Bundan başqa, bu bazara çıxmaq heç də asan deyil. Bunun üçün strategiya lazımdır. Biz onun üzərində işləyirik. Bu elə bir təklif olmalıdır ki, həm bizim maraqlarımıza, həm də maliyyə imkanlarımıza cavab versin", - mənbə əlavə edib.

Avropada layihələri həyata keçirmək üçün infrastuktur, liman və terminallar lazımdır, odur ki, Avropa bazarına çıxış vaxta, uzun və diqqətli təhlilə ehtiyacı olan məsələdir.

"Biz buna doğru gedirik", - şirkətdəki mənbə qeyd edib.

Hazırda ARDNŞ Gürcüstanın enerji bazarının fəal iştirakçısıdır. Şirkət Türkiyədə də öz fəaliyyətini genişləndirib. ARDNŞ "Petkim" neft-kimya kompleksinin ortağıdır. İndi yeni neft emalı zavodunun tikintisi layihəsi çərçivəsində işlər aparılır.

ARDNŞ Ukrayna bazarında da öz fəaliyyətini aktivləşdirir. Şirkət burada bir neçə yanacaqdoldurma məntəqəsi ilə təmsil olunub. Açqılanan plana əsasən, onların sayı artırılacaq. Şirkət Ukrayna və Belarus NEZ-lərində emal üçün neft də tədarük edir.

Xəbər lenti

Xəbər lenti