...

ARDNŞ Bakıda yeni yanacaqdoldurma məntəqəsi açır

Energetika Materials 14 Mart 2011 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.İsmayılov/

Yaxın günlərdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakının Qaradağ rayonunda yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara verəcək. Bu barədə bazar ertəsi riteyl şirkətinin həmtəsisçilərindən biri olan ARDNŞ-dəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, hazırda stansiyanın istismara verilməsi üçün hazırlıq işləri aparılır.

"Yeni stansiya Qaradağ rayonunda Bakı-Salyan şossesinin 14 kilometrliyində açılacaq", - mənbə deyib.

Ümumilikdə, ARDNŞ Azərbaycanda 26-30 YDM açmağı planlaşdırır. Stansiyaların respublikanın giriş və çıxış yollarında tikilməsinə böyük diqqət ayrılır. Azərbaycanda YDM-lərin inşasına qoyulan investisiyalar 20 milyon manat təşkil edir.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Hazırda ARDNŞ Gürcüstanda 50-dən çox yanacaqdoldurma məntəqəsinə sahibdir, Ukraynanın neft məhsullarının pərakəndə satış bazarında işə başlayır, eləcə də Rumıniyada YDM-lərin açılması üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti