...

Yanvar-fevralda Rusiyanın Novorossiysk limanı neft daşımalarını azaldıb

Energetika Materials 29 Mart 2011 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.İsmayılov/

Yanvar-fevral aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı tərəfindən 17,14 milyon tona yaxın neft daşınıb. 2010-cu ilin yanvar-fevralında bu göstərici 18,05 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

"Novorossiysk Dəniz Ticarət Limanı" ASC bu dövrdə üç milyon tona yaxın neft məhsulları daşıyıb. 2010-cu ilin analoji dövründə bu göstərici 2,5 milyon ton olub.

Ümumilikdə, yanvar-fevralda liman tərəfindən 23,4 milyon ton müxtəlif yüklər daşınıb. 2010-cu ilin analoji dövründə bu göstərici 25,6 milyon ton təşkil edib.

ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir. Yanvarda ARDNŞ Bakı-Novorossiysk şimal boru kəməri ilə 168,2 min tondan çox neft ixrac edib.

Novorossiysk Qara dəniz ticarət limanının yükdaşımaları üzrə ümumi cədvəl:

Yanvar -fevral, 2011-ci il

Yanvar -fevral, 2010-cu il

Fərq

Min ton

Min ton

%-lə

Ümumi yük dövriyyəsi

23 412,2

25 065,1

-1 652,9

-6,6%

Maye yüklər (cəmi)

20 177,0

20 683,2

-506,2

-2,4%

Xam neft

17 138,1

18 052,7

-914,6

-5,1%

Neft məhsulları

2 963,6

2 490,1

473,5

19,0%

Xəbər lenti

Xəbər lenti