...

ARDNŞ Abşeron rayonunun qaz təminatını yaxşılaşlaşdırır

Energetika Materials 14 Aprel 2011 20:58 (UTC +04:00)
2009-2011-ci illərdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən Abşeron inzibati rayonunda 149,9 km uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib.
ARDNŞ Abşeron rayonunun qaz təminatını yaxşılaşlaşdırır

Azərbaycan, Bakı, 14 aprel /Trend/

2009-2011-ci illərdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən Abşeron inzibati rayonunda 149,9 km uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Bu barədə cümə axşamı ARDNŞ-nin məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, Abşeron inzibati rayonunun 16 kənd və qəsəbəsində əhali kateqoriyasına aid 47 236 abonent var.

Bu dövr ərzində rayon mərkəzi və 12 yaşayış məntəqəsi, o cümlədən Qobustan kəndi təbii qazla təmin olunub, abonentlər sayğaclaşdırılıb.

Qazlaşdırma işləri "2009-2013-cü illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində aparılır.

Xəbər lenti

Xəbər lenti