...

Yanvar-apreldə ARDNŞ Supsa limanından 900 min tondan çox neft ixrac edib

Energetika Materials 3 May 2011 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən yanvar-apreldə Gürcüstanın Supsa limanından 942,4 min ton yüngül Azərbaycan nefti ixrac olunub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Neft limana Bkı-Supsa neft kəməri ilə çatdırılır.

Apreldə Supsa limanından 153,8 min tondan çox neft ixrac olunub.

2010-cu ildə ARDNŞ Bakı-Supsa marşrutu üzrə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən 2,84 milyon ton yüngül Azərbaycan nefti ixrac edib. Bu göstərici 2009-cu ildə 2,79 milyon ton olub.

Bakı-Supsa boru kəmərinin operatoru BP şirkətidir.

Xəbər lenti

Xəbər lenti