...

"SOCAR Georgia Petroleum" Gürcüstanda 28 yeni yanacaqdoldurma məntəqəsi tikir

Energetika Materials 21 İyun 2011 19:03 (UTC +04:00)
"SOCAR Georgia Petroleum" şirkəti (Gürcüstanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maraqlarını təmsil edir) ilin sonunadək Gürcüstanda SOCAR brendi altında 28 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.
"SOCAR Georgia Petroleum" Gürcüstanda 28 yeni yanacaqdoldurma məntəqəsi tikir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 iyun /Trend/

"SOCAR Georgia Petroleum" şirkəti (Gürcüstanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maraqlarını təmsil edir) ilin sonunadək Gürcüstanda SOCAR brendi altında 28 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Hazırda tikintisi davam edən 28 yanacaqdoldurma məntəqəsi ilin sonunadək istismara veriləcək", - məlumatda deyilir.

"SOCAR Georgia Petroleum" şirkətinin işçilərinin ümumi sayı 1142 nəfər təşkil edir. Yeni stansiyalar istismara verildikdən sonra isə onların sayı 1582 nəfərə çatacaq.

Hazırda Gürcüstanda SOCAR brendi altında 72 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir, yeni stansiyaların istismara verilməsindən sonra ilin sonunadək onların sayı 100 ədədə çatacaq.

"SOCAR Georgia Petroleum" 2006-cı ildən öz işinə başlayıb və "SOCAR Energy Georgia" şirkətinin 100 faizlik törəmə müəssisəsidir.

ARDNŞ Azərbaycanda bir sıra yanacaqdoldurma məntəqələrinə malikdir. Həmçinin Ukraynada SOCAR brendi altında mərhələli şəkildə yanacaqdoldurma məntəqələri açılır. Yayın ortalarında ARDNŞ Rumıniyada yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti