...

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilin I yarısında 10 milyard dolları ötüb

Energetika Materials 13 İyul 2011 16:28 (UTC +04:00)
2011-ci ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 7 925,3 milyon manat və ya 10 002,8 milyon dollar təşkil edib.
Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilin I yarısında 10 milyard dolları ötüb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

2011-ci ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 7 925,3 milyon manat və ya 10 002,8 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc olunmuş müsahibəsində bildirib.

"Gəlirlərin 96 faizini və ya 7 611,2 milyon manatını (9 607,3 milyon dollar) karbohidrogen ehtiyatlarının satışından əldə edilən gəlirlər təşkil edir", - Mövsümov deyib.

Onun sözlərinə görə, hazırda Neft Fondunun aktivləri artmaqda davam edir ki, bu da milli neft strategiyasının real nəticəsidir.

"Neft strategiyasının uğurla reallaşması ilə əlaqədar olaraq ölkənin karbohidrogen ehtiyatlarının istismarı və ixracı daha da genişlənib, - Mövsümov deyib. - Dünya neft bazarlarında xam neftin qiymətlərinin yüksək qalması ilə əlaqədar Fondun aktivlərinin artımasına şərait yaranıb ki, bunun nəticəsində də ARDNF-nun aktivləri ilin əvvəlindən 7,6 milyard dollar artaraq 2011-ci il iyulun 1-nə 30,4 milyard dollara çatıb".

2011-ci il yanvarın 1-nə ARDNF-nin aktivləri 22,8 milyard dollar təşkil edib.

Onun sözlərinə görə, 2011-ci il üçün dövlət büdcəsində, eləcə də Dövlət Neft Fondunun büdcəsində dəyişiklik edilərək xam neftin bazis qiyməti 60 ABŞ dollarından 80 ABŞ dollarına qədər və müvafiq olaraq Neft Fondunun gəlirlərinin həcmi 9 132, 9 milyon manatdan 12 796,2 milyon manata qədər artırılıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi və uğurla reallaşdırdığı iqtisadi kursa uyğun olaraq, bu gəlirlər hesabına dövlət büdcəsinin xərcləri, o cümlədən dövlət investisiya proqramına daxil edilən investisiya və infrastruktur layihələri maliyyələşdirilir", - Mövsümov deyib.

"Azərbaycanın valyuta potensialının artması dövlətin iqtisadi qüdrətinin güclənməsinə, eləcə də ölkənin bütün sahələrində inkişafın, sosial-iqtisadi tərəqqinin sürətlənməsinə təkan verən mühüm amil kimi dəyərləndirilməlidir", - Mövsümov hesab edir.

Xəbər lenti

Xəbər lenti