...

Azərbaycanda benzinin Avro-3 və daha yuxarı dövlət standartları hazırlanır

Energetika Materials 26 İyul 2011 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu zərərli maddələrin tullantılarının Avro-3, Avro-4 və Avro-5 ekoloji standartlarına uyğun milli standartlarını hazırlayır. Bu barədə çərşənbə axşamı Trend-ə institutdakı mənbə bildirib.

Onun sözlərinə görə, 2012-ci ilin birinci yarısında institut yeni standartları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etmək niyyətindədir.

"Gələn ilin birinci yarısında standartlar hazır olacaq və bütün dövlət strukturları ilə razılaşdırılacaq. Standartlar razılaşdırıldıqdan sonra təsdiqlənmək üçün Dövlət Komitəsinə veriləcək", - mənbə deyib.

Azərbaycanda avtomobil benzininin yeganə istehsalçısı kimi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çıxış edir.

Bu ildən ARDNŞ-nin NEZ-ləri Avro-3 dizel yanacağı standartının, 2012-ci ildən isə istehsal edilən benzinin keyfiyyətinin Avro-3 standartınadək artırılmasını planlaşdırır. Hazırda ARDNŞ-nin istehsal etdiyi benzin Avro-2 standartına uyğundur.

2011-ci ildə ARDNŞ 2010-cu ildəki 6,18 milyon tona qarşı 6,4 milyon ton benzin emal etməyi planlaşdırır.

Ötən ilin iyulundan Azərbaycana idxal edilən və ölkədə yığılan avtomobil vasitələrinə Avro-2 standartlarının tətbiqinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti