...

ARDNŞ bu il Gürcüstana qaz tədarükünü artıracaq

Energetika Materials 18 Oktyabr 2011 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.İsmayılov/

Bu il ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana 607 milyon kubmetr qaz tədarük etməyi planlaşdırır. Bu barədə Trend-ə çərşənbə axşamı ARDNŞ-dəki mənbə məlumat verib.

ARDNŞ 2010-cu ildə Gürcüstana 339,16 milyon kubmetr qaz ixrac edib.

"Gürcüstan istiqamətinə qaz ixracı normal rejimdə davam edir. Cari ildə bu göstəricinin 607 milyon kubmetr təşkil edəcəyi gözlənilir", - mənbə bildirib.

Gürcüstana qaz nəqli şirkətin gürcü bazarındakı fəaliyyəti çərçivəsində Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirilir. Bu kəmərlə qaz ixracının gücü ildə təxminən 3 milyard kubmetr qaz təşkil edir.

Həmçinin, 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 paylayıcı qaz təsərrüfatı və paylayıcı qaz şəbəkəsinin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın müxtəlif regionlarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti