...

ARDNŞ Azərbaycanda kimya sənayesinin modernləşdirilməsi və inkişafı üzrə iş aparır

Energetika Materials 28 Noyabr 2011 20:01 (UTC +04:00)
"Azərikimya" yaxın günlərdə Etilen-politetilen zavodunda texniki izopropil qurğusunun yenidən qurulması və modernləşdirilməsindən sonra qurğunu istismara verəcək.
ARDNŞ Azərbaycanda kimya sənayesinin modernləşdirilməsi və inkişafı üzrə iş aparır

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi (İB) yaxın günlərdə Etilen-politetilen zavodunda texniki izopropil qurğusunun yenidən qurulması və modernləşdirilməsindən sonra qurğunu istismara verəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Bu məlumat bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə baş tutan istehsalat müşavirəsi zamanı səslənib.

Məlumata əsasən, Etilen-polietilen zavodunda ötən əsrin 50-ci illərində inşa edilmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş texniki izopropil qurğusunda aparılan bərpa və yenidənqurma işləri uğurla davam etdirilir. Qurğunun yaxın günlərdə istifadəyə verilməsi ilə sexin ətraf mühitə, təbiətə ziyan vurmadan, ekoloji normalar daxilində ahəngdar işi təmin ediləcək, texniki və saf izopropil spirtinin istehsal həcmi artacaq, keyfiyyəti yüksələcək.

Müşavirədən öncə Abdullayev karbamid istehsalı üzrə yeni gübrə zavodunun tikinti meydançaları, eləcə də ölkədə kimya sənayesinin inkişafı üçün yüksəkixtisaslı kadrların hazırlanması nəzərdə tutulan Təlim-Tədris Mərkəzi ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti