...

Azərbaycanın enerji sistemi "Evrovision-2012" zamanı problemlərlə üzləşməyəcək - Energetika Nazirliyi

Energetika Materials 8 Dekabr 2011 12:48 (UTC +04:00)
Azərbaycanın enerji sistemi Bakıda "Evrovision-2012" mahnı müsabiqəsinin keçirildiyi dövrdə elektrik enerjisinə tələbatın artması nəticəsində problemlərlə üzləşməyəcək.
Azərbaycanın enerji sistemi "Evrovision-2012" zamanı problemlərlə üzləşməyəcək - Energetika Nazirliyi

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın enerji sistemi Bakıda "Evrovision-2012" mahnı müsabiqəsinin keçirildiyi dövrdə elektrik enerjisinə tələbatın artması nəticəsində problemlərlə üzləşməyəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) Azərbaycan Sənaye və Energetika Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

Müsabiqənin yarımfinal mərhələləri Bakıda mayın 22 və 24-də, final mərhələsi isə mayın 26-da keçiriləcək.

Hazırda Azərbaycanın enerji sistemi 1000 meqavatlıq ehtiyat gücə malikdir. "Evrovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi obyektlərin elektrik enerjisi ilə təchizatının hazırlanmış sxemi ən yüksək tələblərə cavab verir.

Eləcə də hazırda ən müasir avadanlıqlarla təchiz olunacaq 240 meqavatlıq (100/35/10 kilovolt) Bayıl yeraltı yarımstansiyasının tikintisi həyata keçirilir. Eləcə də üç altı kilovatlıq yarımstansiya, 12 meqavat gücündə muxtar ehtiyat dizel generatoru və 10 meqavatlıq fasiləsiz qidalanma mənbəyinin (UPS) tikintisi nəzərdə tutulub.

Habelə APR Energy şirkəti tərəfindən müsabiqənin keçirildiyi dövrdə artan tələbatı təmin etmək məqsədi ilə müvəqqəti elektrik stansiyasının tikintisi ilə bağlı təklif təqdim edilib.

Xəbər lenti

Xəbər lenti