...

Türkiyə İran neftini almaqdan imtina etmək fikrində deyil

Energetika Materials 13 Mart 2012 16:31 (UTC +04:00)
Türkiyənin İran neftindən asılılığı digər Avropa ölkələrinə nisbətən xeyli böyükdür, buna görə də Türkiyə İran neftindən imtina etmək fikrində deyil.
Türkiyə İran neftini almaqdan imtina etmək fikrində deyil

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.İsmayılov/

Türkiyənin İran neftindən asılılığı digər Avropa ölkələrinə nisbətən xeyli böyükdür, buna görə də Türkiyə İran neftindən imtina etmək fikrində deyil. Bunu çərşənbə axşamı Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız Küveytə rəsmi səfəri zamanı jurnalistlərə deyib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Bizim İranla çox yaxşı münasibətlərimiz mövcuddur və çoxlu birgə layihələrimiz var. Habelə, bu əməkdaşlığın başqa layihələr üzrə genişləndirilməsi planları mövcuddur", - Yıldız bildirib.

Onun sözlərinə görə, Türkiyə İrandan, eləcə də digər 11 ölkədən neft alışını davam etdirir. Habelə, Türkiyə beş ölkədən qaz alır.

Xəbər lenti

Xəbər lenti