...

ARDNŞ ilin I yarısında 90 min metrə yaxın qazma işi görüb

Energetika Materials 6 Avqust 2012 20:41 (UTC +04:00)
2012-ci ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 17414 metr qazma işi həyata keçirib.
ARDNŞ ilin I yarısında 90 min metrə yaxın qazma işi görüb

Azərbaycan, Bakı, 6 avqust /Trend/

2012-ci ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 17414 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 15546 metri istismara, 1868 metri kəşfiyyata, həyata keçirilmiş kəşfiyyat qazmasının 330 metri isə struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyul aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 89769 metr qazma işi görülüb ki, bunun da 84897 metri istismara, 4872 metri kəşfiyyata (o cümlədən, 1980 metr struktur axtarış qazması) aid olub.

Xəbər lenti

Xəbər lenti