...

“SOCAR Turkey Energy” Azərbaycandan qaz idxalına başlayacaq

Energetika Materials 16 Oktyabr 2012 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir A.Tağıyeva/

"Socar Turkey Enerji" 2013-cü il yanvarın 1-dən Azərbaycandan 1,2 milyard kubmetr həcmində təbii qazın idxalına başlayacaq. Trend-in məlumatına görə, bunu "SOCAR Turkey Energy"nin rəhbəri, "Petkim" neft-kimya kompleksinin İdarə Heyətinin üzvü Kənan Yavuz çərşənbə axşamı Türkiyənin "Zaman" qəzetində dərc olunmuş müsahibəsində bildirib.

Onun sözlərinə görə, idxal olunan qazın 400-500 milyon kubmetrindən "Petkim" kompleksində istehsalatda istifadə olunacaq, yerdə qalan hissəsi isə Türkiyənin daxili bazarlarında satılacaq.

Yavuz qeyd edib ki, bir çox Türkiyə şirkətləri Azərbaycandan idxal olunan qazın alınmasına maraq göstərirlər.

O, bildirib ki, bu gün "SOCAR Turkey Energy" 220 meqavatt gücündə elektrik stansiyasına malikdir. Lakin "Petkim" neft kompleksinin istismar olunmasına başlanandan sonra enerjiyə tələbat 350 meqavatadək artacaq.

Yavuz qeyd edib ki, "Petkim"in tələbatının ödənilməsi üçün 150-200 meqavat gücündə yeni elektrik stansiyası yaradılacaq. Kömürlə işləyəcək yeni elektrik stansiyasının dəyəri 200 milyon dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti