...

Samir Şərifov: Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsində neftin qiyməti dünya bazarının konyunkturunu əks etdirir

Energetika Materials 7 Noyabr 2012 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsində 1 barel neftin qiymətinin 100 dollar nəzərdə tutulması dünya bazarının konyunkturunu əks etdirir və risk törətmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin beş komitəsinin birgə iclasında 2013-cü il üçün dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr zamanı deyib.

"Neftin qiymətinin dəyişməsinə baxmayaraq, ümumilikdə nisbi sabit səviyyədədir. Biz neftin xarici bazarlarda reallaşdırılması zamanı yarana biləcək ciddi risklər görmürük", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, belə rəqəm Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəlirləri üçün təhlükə törətmir, çünki şirkət gəlirlərin böyük hissəsini daxili bazarlarda məhsulların milli valyutda reallaşdırılmasından əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti