...

Ukraynadakı NEZ-lər Azərbaycan neftini emal etməyə hazır deyil - səfir

Energetika Materials 24 Yanvar 2013 13:43 (UTC +04:00)
Proqnozlara əsasən, 2012-ci ilin yekunları üzrə Azərbaycan və Ukrayna arasında əmtəə dövriyyəsi 800 milyon dollar səviyyəsində gözlənilir.
Ukraynadakı NEZ-lər Azərbaycan neftini emal etməyə hazır deyil - səfir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/

Proqnozlara əsasən, 2012-ci ilin yekunları üzrə Azərbaycan və Ukrayna arasında əmtəə dövriyyəsi 800 milyon dollar səviyyəsində gözlənilir. 2011-ci ildə bu rəqəm 1,3 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Onun sözlərinə görə, 2012-ci ilin 11 ayının yekunu üzrə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi təqribən 700 milyon dollar təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 44 faiz azalma deməkdir.

"Belə azalma (518 milyon dollar) Ukraynanın neft emalı zavodlarının (NEZ) Azərbaycan neftini almağı dayandırması ilə izah edilir. İdxalın dayandırılması onunla əlaqədardır ki, NEZ-lər yüngün neft emal etmək iqtidarında olmadıqlarına görə Azərbaycan neftinin emalından istənilən iqtisadi gəliri almayıblar", - səfir qeyd edib.

Diplomat bildirib ki, keçmiş sovet məkanındakı bir çox NEZ-lər kimi Ukraynadakı NEZ-lər də daha ağır Rusiya neftini emal etməyə istiqamətlənib. O deyib ki, yüngül neftin emalını təmin etmək üçün hazırda Ukrayna NEZ-lərində yenidənqurma işləri aparılır.

Bununla yanaşı, səfir vurğulayıb ki, xarici ticarət əməliyyatlarında yüksək göstəricilər qeyri-neft sektorunda müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti