...

Səfir: Azərbaycan neftinin Ukraynaya tədarükü iqtisadi baxımdan məqsədəuyğun olmalıdır

Energetika Materials 30 Aprel 2013 16:23 (UTC +04:00)
Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına (NEZ) tədarükü imkanlarını ətraflı nəzərdən keçirəcəklər.
Səfir: Azərbaycan neftinin Ukraynaya tədarükü iqtisadi baxımdan məqsədəuyğun olmalıdır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbirlər V.İmanov, E.İsmayılov/

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına (NEZ) tədarükü imkanlarını ətraflı nəzərdən keçirəcəklər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

Onun sözlərinə görə, siyasi elementlərdən başqa, kommersiya elementləri daha əhəmiyyətlidir, çünki bu həm də kommersiya layihəsidir.

"Biz bu məsələ üzrə danışıqlar aparırıq və ekspertlərin işçi qrupunun yaxın vaxtlarda baş tutacağını gözləyirik. Qənaətimcə, bu məsələ təqribən payızda Kiyevdə keçiriləcək iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclasında ətraflı nəzərdən keçiriləcək", - səfir qeyd edib.

Mişenkonun sözlərinə görə, işçi qrupu martda yaradılıb və hazırda qrup Azərbaycan və Ukraynada işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti