...

TAP Yunanıstanın DESFA şirkətilə əməkdaşlığa dair saziş imzalayıb

Energetika Materials 3 İyul 2013 13:51 (UTC +04:00)
Trans Adriatik boru kəməri (TAP) üzrə konsorsium və Yunanıstanın milli qaz nəqli sisteminin operatoru olan DESFA şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb.
TAP Yunanıstanın DESFA şirkətilə əməkdaşlığa  dair saziş imzalayıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir A. Bədəlova/

Trans Adriatik boru kəməri (TAP) üzrə konsorsium və Yunanıstanın milli qaz nəqli sisteminin operatoru olan DESFA şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü TAP-ın yaydığı məlumatda deyilir.

Məlumata görə, tərəflər xüsusilə boru kəmərinin Yunanıstan ərazisindən keçən sahəsində gündəlik texniki fəaliyyət və TAP-ın istismara verilməsinə dair saziş bağlamaq niyyətindədirlər.

Birgə fəaliyyət, həmçinin gələcəkdə tədarüklərin təhlükəsizliyini artırmaq və texniki əməkdaşlıq məqsədilə DESFA-nın boru kəmərinə qoşulma nöqtələrinin öyrənilməsindən ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti