Azərbaycan, Bakı, 1 avqust /Trend/
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin iyul ayında Novorossiysk limanından 169 671 ton, Supsa limanından 157 690 ton, Ceyhan limanından isə 1 706 044 ton xam neft ixrac edib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 994 989 ton, Supsa limanından 1 522 370 ton, Ceyhan limanından isə 11 841 285 ton xam neft ixrac edilib.
İdarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-yə məxsus xam neft həcmlərini əks etdirir.