...

ARDNŞ: "Bulla-Dəniz"də qəzanın aradan qaldırılması üzrə işlər quyunun xilasına yönəlib

Energetika Materials 16 Sentyabr 2013 19:34 (UTC +04:00)
"Bulla-Dəniz" yatağındakı quyuda qəzanın aradan qaldırılmasına istiqamətlənmiş bütün səylər onun xilas edilməsinə yönəlib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
ARDNŞ: "Bulla-Dəniz"də qəzanın aradan qaldırılması üzrə işlər quyunun xilasına yönəlib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Bulla-Dəniz" yatağındakı quyuda qəzanın aradan qaldırılmasına istiqamətlənmiş bütün səylər onun xilas edilməsinə yönəlib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ quyunun xilas edilməsi üçün "Halliburton" şirkətinə müraciət edib: "Bu şirkətin fontan vuran quyularla böyük iş təcrübəsi var və hazırda şirkət nümayəndələri hazırlanmış proqram çərçivəsində bütün zəruri işləri görür".

R.Abdullayev qeyd edib ki, hazırda platformada quyunun ətraf sahəsinin təmizlənməsi üzrə işlər aparılır: "Məqsəd bundan sonra orada bu quyunun istismara verilməsi üçün zəruri avadanlığın quraşdırılmasıdır".

Qəza nəticəsində dəymiş ziyanın qiymətləndirilməsinə gəlincə, ARDNŞ prezidenti bildirib ki, hesablamalar qəzanın aradan qaldırılması üzrə işlər yekunlaşdıqdan sonra aparılacaq.

Qeyd edək ki, avqustun 17-də "Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı yanğın baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti