Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E. İsmayılov/
2015-ci ilə qədər Azərbaycanın enerji sisteminin gücü yeddi min meqavata çata və hətta bu göstəricini keçə də bilər. Bu barədə Trend-ə açıqlamasında enerji bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə enerji istehsal edən obyektlərin tikintisi üzrə işlər aparılır. Bu da enerji sisteminin gücünün əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.
Mənbə bildirib: "Yeni enerji obyektlərinin istifadəyə verilməsi nəticəsində enerji sisteminin gücü 2004-cü ildə 7000-7500 meqavata çata bilər".
Onun sözlərinə görə, hazırda ölkənin enerji sisteminin müəyyənləşdirilən gücü təxminən 6500 meqavatdır, ondan 5500-5600 meqavat istifadə olunur. Eyni zamanda ölkədə elektrik enerjisinə tələbat 4200-4400 meqavatdır.
Mənbə bildirib: "Yəni ölkədə ixrac üçün yaxşı potensial var".