...

Xaçmaz və Şabran rayonlarının kəndlərinə təbii qaz verilib

Energetika Materials 19 Noyabr 2013 16:57 (UTC +04:00)
Bu gün Xaçmaz rayonunun Çiləgir və Şabran rayonunun Çölquşçu kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Xaçmaz və Şabran rayonlarının kəndlərinə təbii qaz verilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Bu gün Xaçmaz rayonunun Çiləgir və Şabran rayonunun Çölquşçu kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Çiləgir kəndində keçirilmiş tədbirdə bildirilib ki, 266 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli qaz təchizatı sistemi əsasında ümumi uzunluğu 17 858 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 266 ədəd sayğac quraşdırılıb.

Şabran rayonunun Çölquşçu kəndinə təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə isə qeyd edilib ki, 184 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli qaz təchizatı sistemi əsasında ümumi uzunluğu 16 758 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 184 ədəd sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti