...

Azərbaycanın iri enerji obyektində qışa hazılıq başa çatıb

Energetika Materials 2 Dekabr 2013 14:50 (UTC +04:00)
Cənubi Qafqazda öz sahəsində ən iri hesab edilən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) payız-qış mövsümünə hazılıq prosesi başa çatıb.
Azərbaycanın iri enerji obyektində qışa hazılıq başa çatıb

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.İsmayılov/

Cənubi Qafqazda öz sahəsində ən iri hesab edilən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) payız-qış mövsümünə hazılıq prosesi başa çatıb. Trend-in xəbərinə görə, bu barədə bazar ertəsi "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, enerji bloklarında təmir və profilaktik işlərin görülməsi ilə yanaşı, stansiyanın avadanlıqları mazut ehtiyatları və kimyəvi reagentlərlə təmin edilib.

Azərbaycan İES yanvar-oktyabr aylarında 6,2 milyard kilovat/satdan çox elektrik enerjisi istehsal edib. İES oktyabrda 565,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edib.

Azərbaycan İES-in gücü 2,4 min meqavat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti