...

Azərbaycan neftinin qiymətləri: 13-17 yanvar həftəsinin yekunları

Energetika Materials 21 Yanvar 2014 11:07 (UTC +04:00)
Trend-in məlumatına görə, 13-17 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 110,6, minimum isə 109,05 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 13-17 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E.İsmayılov/

Ötən həftə - 13-17 yanvar tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 109,87 dollar/bareldən çox olub ki, bu da ötən həftənin göstəricisindən 0,002 dollar çoxdur.

Trend-in məlumatına görə, 13-17 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 110,6, minimum isə 109,05 dollar/barel təşkil edib.

"Azeri Light"-ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

13-17 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 102,61 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,97 dollar aşağı olub.

13-17 yanvar həftəsində URALS-ın qiyməti maksimum 103,32, minimum isə 101,91 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

13-17 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 108,02 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,07 dollar çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 108,53, minimum isə 107,39 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti