...

"Bakıelektrikşəbəkə" ötən il elektrik enerjisinin alışını artırıb

Energetika Materials 30 Yanvar 2014 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC 2013-cü ildə "Azərenerji" ASC-dən təqribən 8,86 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb. 2012-ci ildə bu rəqəm 8,55 milyard kilovat-saat olub. Bu barədə Trend-ə "Bakıelektrikşəbəkə"dən məlumat veriblər.

2011-ci ildə "Bakıelektrikşəbəkə" təqribən 8,21 milyard kilovat-saat elektrik enerjisi əldə edib. 2010-cu ildə bu göstərici 7,92 milyard kilovat-saat olub.

ASC ötən il "Azərenerji"nin tədarük etdiyi elektrik enerjisinə görə orta hesabla 93,6 faiz ödəniş edib ki, bu da 2012-ci ilin göstəricisi ilə eynidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti