Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.İsmayılov/
Yanvarda Azərbaycan Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən 138 obyektdə qazdan və qaz təsərrüfatından istifadə qaydaları və şərtlərinin pozulması halları aşkar edilib. Bu barədə cümə günü Trend-ə idarədəki mənbə məlumat verib.
2013-cü ildə idarə tərəfindən 1358 obyektdə qazdan və qaz təsərrüfatından istifadə qaydaları və şərtlərinin pozulması halları aşkar edilib.
Mənbənin sözlərinə görə, bu ilin yanvar ayında idarə tərəfindən cəmi 261 yoxlama aparılıb: "Bütün pozuntu halları ilə bağlı onların aradan qaldırılması barədə göstəriş verilib".
Azərbaycan ərazisində qazın paylanması və satışı məsələləri ilə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi məşğul olur.