Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Emil İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin yanvar-may aylarında ölkənin ofşor və onşor yataqlarından 3,51 min ton neft hasil edib. Bu göstərici ötən ilin analoji dövründə 3,46 milyon ton olub. Bu barədə Trend çərşənbə axşamı ARDNŞ-nin yaydığı məlumata istinadən xəbər verir.
ARDNŞ 2013-cü ildə 8,31 milyon tondan çox, 2012-ci ildə isə 8,24 milyon ton neft hasil edib.
ARDNŞ-nin məlumatına görə, Azərbaycanda yanvar-may aylarında ümumilikdə 18,22 milyon ton neft hasil olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 18,27 milyon ton olub.
Ümumilikdə 2013-cü ildə Azərbaycanda 43,48 milyon neft hasil edilib. 2012-ci ildə bu göstərici 43 milyon ton idi.