Azərbaycan, Bakı, 16 yanvar /Trend/
"Səadan" yatağında 1800 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Azneft" İB "Siyəzənneft" NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Maykop çöküntülərinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 1400-751 metr intervaldan 10 ton/sutka neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Qeyd edək ki, 1800 nömrəli quyudan sutkalıq 3-4 ton neft hasilatı gözlənilirdi. Alınmış nəticə yataqda əlavə quyuların da qazılmasına əsas verir.