Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Maksim Tsurkov/
2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda 6,41 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisindən 1,8 faiz çoxdur.
Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 3 ayının yekunu üzrə hesabatında deyilir.
Hesabat dövründə istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 6,12 milyard kilovat-saat əmtəə elektrik enerjisinin payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 2 faiz çoxdur.
Bu ilin ilk 3 ayında istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 5,88 milyard kilovat-saat istilik elektrik stansiyalarının (İES) payına düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2 faiz çoxdur.
Azərbaycanın su elektrik stansiyaları (SES) yanvar-mart aylarında 233,9 milyon kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal ediblər ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 1,3 faiz çoxdur.
Habelə yanvar-mart aylarında külək enerjisi ilə çalışan stansiyalarda 2,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.