...

BP I rübdə 8 milyon ton "Azeri Light" hasil edib

Energetika Materials 13 May 2015 23:07 (UTC +04:00)
Cari ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda stabil hasilat davam edib.
BP I rübdə 8 milyon ton "Azeri Light" hasil edib

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Maksim Tsurkov/

Cari ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda stabil hasilat davam edib.

BP-dən Trend-ə verilən məlumata görə, rüb ərzində AÇG-dən ümumi hasilat - Çıraq (54 min), Mərkəzi Azəri (159 min), Qərbi Azəri (129 min), Şərqi Azəri (71 min), Dərinsulu Günəşli (149 min) və Qərbi Çıraq (99 min) platformalarından birlikdə - gündə orta hesabla 661 min barel (b/g) və ya ümumilikdə 59 milyon barel, yəni təqribən 8 milyon ton təşkil edib.

Birinci rüb ərzində Qərbi Çıraq gündəlik hasilatı yüksəltməyə davam edib və hazırkı 116 min barel səviyyəsinə çatdırıb.

2015-ci ilin birinci rübü ərzində AÇG layihəsinə təqribən 160 milyon dollar əməliyyat məsrəfləri və 470 milyon dollar əsaslı məsrəflər xərclənib.

Rübün sonunda BP-nin AÇG-də ümumilikdə 84 neft hasilat quyusu və 40 qaz və su injektor quyusu istismarda idi.

2015-ci ilin birinci rübündə AÇG-də dörd neft hasilat quyusu qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti