...

Azərbaycan Əlcəzair limanları vasitəsilə Avropaya qaz nəql edə bilər

Energetika Materials 6 İyun 2015 23:06 (UTC +04:00)
Azərbaycan öz qazının Əlcəzair limanları vasitəsilə Avropaya tranziti ümün Transşimali Afrika qaz kəmərinə çıxa bilər.
Azərbaycan Əlcəzair limanları vasitəsilə Avropaya qaz nəql edə bilər

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan öz qazının Əlcəzair limanları vasitəsilə Avropaya tranziti üçün Transşimali Afrika qaz kəmərinə çıxa bilər. Bunu Trend-ə Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyev deyib.

Onun sözlərinə əsasən, Əlcəzairdə maye və təbii qazın nəqli ilə məşğul olan iki böyük liman var və Azərbaycan onlardan istifadə edə bilər.

Diplomat qeyd edib ki, enerji sahəsi iki ölkənin əməkdaşlığının perspektivli istiqamətlərindən biridir: "Əlcəzair Azərbaycan kimi enerji resursları ilə zəngindir. Əlcəzair neft və qaz hasilatının həcmi üzrə dünyada 13-14-cü yeri tutur. Ölkə hər gün təqribən 2,5 milyon barel neft hasil edir və ixrac edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti