...

"LUKoyl" "Şahdəniz"i maliyyələşdirmək üçün kredit aldı (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Energetika Materials 7 Avqust 2015 14:26 (UTC +04:00)
“LUKoyl” şirkəti Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsi üzrə ikinci mərhələnin reallaşdırılmasında iştirak payının təmin edilməsi üçün 1 milyard dollar həcmində sindikatlaşdırılmış kredit alıb.
"LUKoyl" "Şahdəniz"i maliyyələşdirmək üçün kredit aldı (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 10:48-də yayılıb)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Ənvər Məmmədov/

"LUKoyl" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsi üzrə ikinci mərhələnin reallaşdırılmasında iştirak payının təmin edilməsi üçün 1 milyard dollar həcmində sindikatlaşdırılmış kredit alıb.

Trend-in məlumatına görə, kredit üzrə sazişin imzalanma mərasimi bu gün Bakıda keçirilib.

12 il müddətinə olan 560 milyon dollarlıq kredit Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) tərəfindən təqdim ediləcək.

Qalan 440 milyon dollar AYİB və AİB-in vasitəçiliyi ilə 10 il müddətinə bankların sindikatı tərəfindən "B-loan" proqramı vasitəsilə veriləcək.

Sindikasiyanın iştirakçıları Fransanın "Societe Generale", Çinin "Bank of China", Hollandiyanın "ING" və İtaliyanın "UniCredit" banklarıdır.

Qeyd edək ki¸ "LUKoyl" şirkətinin "Şahdəniz" yatağının işlənməsi layihəsində iştirak payı 10 faizdir. "Şahdəniz-2" layihəsində iştirak payı çərçivəsində şirkətin əlavə maliyyələşdirilməsinin həcmi 3 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti