Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Azad Həsənli/
Ötən həftə (28 sentyabr - 2 oktyabr) ərzində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 49,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,13 dollar/barel çoxdur.
Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 50,37, minimum isə 48,94 dollar/barel təşkil edib.
28 sentyabr - 2 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 44,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,41 dollar/barel azdır.
Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 45,48, minimum isə 44,01 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
28 sentyabr - 2 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 47,1 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,2 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 47,79 dollar, minimum isə 46,48 dollar/barel təşkil edib.