...

Norveç şirkəti Azərbaycanda nümayəndəliyini açır

Energetika Materials 30 Dekabr 2015 11:36 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda Norveçin "Aker Solutions ASA" şirkəti qeydiyyata alınıb. Trend-in "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, şirkət əsasən şelfdə olmaqla neft-qaz istehsal obyektlərinin tikintisi və layihələndirməsi sahəsində xidmət göstərir.

Yeni şirkətin (MMC) hüquqi nümayəndəsi Ole Paulsendir. Şirkət dekabrın 4-də Vergilər Nazirliyində qeydiyyatdan keçib.

MMC aşağıdakı ünvanda qeydiyyata alınıb: Bakı, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 4/189, Falez Plaza.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti