...

Aİ "Cənub Qaz Dəhlizi" üzrə tədarüklərin coğrafiyasının genişlənəcəyini gözləyir

Energetika Materials 27 Fevral 2016 13:57 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı (Aİ) üçün prioritet olaraq qalır.
Aİ "Cənub Qaz Dəhlizi" üzrə tədarüklərin coğrafiyasının genişlənəcəyini gözləyir

Bakı. Yelena Kosolapova - Trend:

"Cənub Qaz Dəhlizi" Avropa İttifaqı (Aİ) üçün prioritet olaraq qalır. Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının energetika üzrə xüsusi nümayəndəsi "New Europe" qəzetinə müsahibəsində deyib. Qəzet xüsusi nümayəndənin adını açıqlamır.

Xüsusi nümayəndə qeyd edib ki, region üçün "Cənub Qaz Dəhlizi", eləcə də TANAP boru kəməri, Yunanıstan və İtaliya arasında Transadriatik qaz kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihələrinin başa çatması bilavasitə prioritet olaraq qalır.

O bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi uğurla həyata keçirilir, artıq 2020-ci il üçün Azərbaycan qazı Aİ-yə çatdırılacaq.

Bundan başqa, onun sözlərinə görə, bu layihə gələcəkdə digər Şərqi Aralıq dənizi ölkələrindən, eləcə də Xəzər dənizi regionu və Yaxın Şərq ölkələrindən Aİ-yə qaz tədarükü məsələsində yardımçı ola biləcək.

Xüsusi nümayəndə vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" fevralın 24-də Rusiyada Qara dənizin dibi ilə üçüncü ölkələr vasitəsilə təbii qaz tədarükünün təşkili haqqında Rusiyanın "Qazprom", İtaliyanın "Edison" və Yunanıstanın DEPA şirkətləri arasında imzalanmış memorandumdan daha böyük üstünlüklərə malikdir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya 10 milyard kubmetr Azərbaycan qazının nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti