...

“Azneft” İB-də SOCAR-ın mülki müdafiə tədbirləri planı üzrə metodiki iclas keçirilmişdir

Energetika Materials 29 Fevral 2016 11:35 (UTC +04:00)

Bakı. Trend:

"Azneft" İstehsalat Birliyində "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2016-cı il üçün mülki müdafiə tədbirləri planı"na müvafiq olaraq, SOCAR-ın idarə və müəssisələri nümayəndələrinin iştirakı ilə növbəti metodiki iclas keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, iclasda il ərzində nəzərdə tutulan tədbirlər planı müzakirə olunub, yerinə yetiriləcək mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqləri, eləcə də 1 mart Mülkü Müdafiə günü ilə bağlı həyata keçiriləcək tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlər barədə ətraflı məlumat verilmiş, bu sahədə maarifləndirmə və təbliğat işinin əhəmiyyəti vurğulanıb. SOCAR-ın struktur vahidlərinin mülki müdafiə şöbə və qərargah rəisləri qarşısıda duran məsələlərdən danışıb, fövqəladə vəziyyəti yaradan səbəblərin aradan qaldırılması haqqında çıxışlar etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti